Erməni valideynlər Tonoyanla görüş tələb edir: “Övladlarımızı qaytarın!”
Tarix: 16-11-2020 15:07 | Bölmə: Siyasət
Erməni valideynlər Tonoyanla görüş tələb edir: “Övladlarımızı qaytarın!”

Hərbçi övladları itkin düşmüş analar Ermənistan Müdafiə Nazirliyinin qarşısında aksiya keçirir.

Ermənistan KİV-ləri xəbər verir ki, onlar Ermənistanın Müdafiə naziri David Tonoyan və baş qərargah rəisi Onik Qasparyanla görüş tələb edirlər.

“Övladlarımız haradadır? Uşaqlarımızı qaytarın! Niyə onlar heç bir siyahıda yoxdurlar?!”, - valideynlərdən biri söyləyib.

Qeyd olunub ki, hazırda Müdafiə Nazirliyinin binası polis tərəfindən mühasirəyə alınıb/Report.




Bölməyə aid digər xəbərlər
12-05-2025, 10:20 PKK özünü ləğv edib