17 müxalifət partiyası Paşinyan qarşısında növbəti tələb irəli sürüb
Tarix: 16-11-2020 15:54 | Bölmə: Siyasət
17 müxalifət partiyası Paşinyan qarşısında növbəti tələb irəli sürüb

“Ermənistan rəhbərliyindən ictimaiyyətə öz mövqeyini sərbəst şəkildə ifadə etməyə imkan vermək üçün hərbi vəziyyət rejiminin dərhal aradan qaldırmasını tələb edirik”.

Reyting.az
xəbər verir ki, bu, Ermənistanın 17 müxalifət partiyasının birgə bəyanatında qeyd edilir.

Bəyanatda bildirilir ki, müharibənin ilk günündə Ermənistan hökuməti hərbi vəziyyət elan edib. Bu qərar özündə bir sıra məhdudiyyətləri birləşdirib. Xüsusilə yerli hökumət və məmurlarn hərəkətini tənqid edən mitinqlərin və aksiyaların keçirilməsini qadağan edib.

Bu ilin 10 noyabrında Baş nazir Nikol Paşinyan xalqın qəzəb və itaətsizliyinə səbəb olan təslim aktını imzalayıb. Amma bundan sonra məhdudiyyətlər nəinki ləğv edilib, əksinə, tənqidçiləri susdurmaq və onlara təzyiq etmək üçün hərbi vəziyyətdən vasitə kimi istifdə edilib.

Hüquq mühafizə orqanlarının özbaşına hərəkətləri nəticəsində siyasi müxalifət liderləri və bir çox ictimaiyyət xadimləri təqib olunur və saxlanılır. Ölkədə həqiqi diktatura qurulur. Amma buna baxmayaraq məhkəmələr həbs edilən şəxslərin saxlanılmasını qanunsuz elan edirlər.

Sənədin sonunda siyasi müxalifət Ermənistan rəhbərliyindən ictimaiyyətə öz mövqelərini ifadə etməyə imkan verəcək hərbi vəziyyət rejiminin dərhal aradan qaldırmasını tələb edib.




Bölməyə aid digər xəbərlər
12-05-2025, 10:20 PKK özünü ləğv edib