AXCP-nin 21 üzvü həbsdən buraxılıb
Tarix: 16-11-2020 17:10 | Bölmə: Siyasət
AXCP-nin 21 üzvü həbsdən buraxılıb

Səbail Rayon Məhkəməsində iyulun 14-dən 15-nə keçən gecə “Qarabağa azadlıq!” şüarıyla keçirilən aksiya zamanı Milli Məclisin binasına qanunsuz daxil olmaqda təqsirləndirlən şəxslərin bəziləri barəsində seçilən həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün verilən vəsatətə baxılıb.

Məlumata görə, proses hakim Ağamalı Qafarovun sədrliyi ilə keçirilib.

Qərara əsasən, təqsirləndirilən şəxslərdən 36 nəfərindən 21 nəfər barədə həbs olmayan qətimkan tədbiri seçilib və onlar ev dustaqlığına buraxılıblar.

Onların sırasında Azərbaycan Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətinin üzvləri Fuad Qəhrəmanlı, Asif Yusifli, Məmməd İbrahim, Bəxtiyar İmanov, Ayaz Məhərrəmli də var.




Bölməyə aid digər xəbərlər
12-05-2025, 10:20 PKK özünü ləğv edib