Ərdoğan və Çavuşoğlu ABŞ dölət katibinin görüş təklifini rədd edib
Tarix: 17-11-2020 08:45 | Bölmə: Siyasət
Ərdoğan və Çavuşoğlu ABŞ dölət katibinin görüş təklifini rədd edib

Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanın İstanbula səfər edən ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşmək üçün vaxtı yoxdur.

Reyting.az
xəbər verir ki, bu barədə beynəlxalq media məlumat yayıb.

ABŞ Dövlət Departamentinin rəsmisi İstanbulda keçirilən mətbuat konfransında bir sıra məqamlara aydınlıq gətirib.

Diplomat bildirib ki, həm dövlət katib, həm də Türkiyə Xarici İşlər naziri Çovuşoğlu daxil olmaqla Türkiyə rəsmiləri və prezident Ərdoğan da hadisələrin belə olmasını istəməzdi: “Sadəcə, nəticə alınmadı. Prezident Ərdoğanın cədvəli dəyişdiyindən Pomeonun səfəri zamanı qoyduğumuz parametrlərə cavab vermədiyi üçün işə yaramadı”.

Diplomat, Vaşinqton və Ankara arasına fikir ayrılıqlarının olduğunu etiraf edib, amma görüşün baş tutmamasına səbəb kimi Türkiyə liderinin iş qrafikini göstərib:

“Düşünmürəm ki, Türkiyə hakimiyyəti özlərinin uzaqlaşdırıldığını düşünürlər. Nəticə bir planlaşdırma məsələsi idi. Məsələnin mahiyyətindən danışarkən türklər onlarla razılaşmadığımız mövzulara baxışlarımızın nə olduğunu yaxşı bilirlər”.

Qeyd edək ki, dövlət katibi Pompeo İstanbulda Konistantinapol Patriarxı Bortolomeylə görüşəcək.

Əslində isə dövlət katibinin işgüzar səfəri Ankaraya yox, İstanbuladır. Bu səbəbdən də türk rəsmiləri Pompeo ilə İstanbulda görüşməyi məqbul hesab etməyiblər. Dünən “Blomberg”in yaydığı xəbərdə açıq qeyd edilirdi ki, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Pompeonun İstanbulda görüş təklifini rədd edib.




Bölməyə aid digər xəbərlər
12-05-2025, 10:20 PKK özünü ləğv edib