İşğalçı ölkə Azərbaycandan Avropa məhkəməsinə şikayət edib
Tarix: 17-11-2020 10:22 | Bölmə: Siyasət
İşğalçı ölkə Azərbaycandan Avropa məhkəməsinə şikayət edib

Azərbaycana qarşı işğal siyasəti aparan, ərazisində soyqırımı və vandalizm aktları törədən Ermənistan Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət edib.

Reyting.az
xəbər verir ki, Ermənistanın AİHM-dəki nümayəndəsi Kirakosyan özünün “Facebook” səhifəsində yazıb ki, bir müddət əvvəl Gorus-Şuşa yolunda Ermənistanın 10 vətəndaşı itkin düşüb. Bu səbəbdən də Avropa İnsan Hüquqları Məhkəməsindən Azərbaycana qarşı təcili tədbirin görülməsini xahiş edirlər.

Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan liderləri - İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan 9 noyabrda Dağlıq Qarabağda hərbi əməliyyatların tamamilə dayandırılması barədə ortaq bəyanat imzalayıblar. Bəyanata görə, bir sıra bölgələr Azərbaycanın nəzarətinə keçir, tərəflər məhbus mübadiləsi aparır, Rusiya sülhməramlıları təmas xətti boyunca və Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizində yerləşdirilir.




Bölməyə aid digər xəbərlər