İran səfiri: "Tehran-Bakı münasibətləri yeni mərhələyə qədəm qoyur"
Tarix: 17-11-2020 11:24 | Bölmə: Siyasət
İran səfiri: "Tehran-Bakı münasibətləri yeni mərhələyə qədəm qoyur"

“Tehran-Bakı münasibətləri yeni bir mərhələyə qədəm qoyur”.

Reyting.az
ISNA-ya istinadla xəbər verir ki, bunu İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyyid Abbas Musəvi bildirib.

O, İran Ali liderinin Dağlıq Qarabağla bağlı bəyanatından söz açarkən deyib: “Bu bəyanatda göstərilən bütün məqamlar, o cümlədən müharibənin ən qısa müddətdə bitirməsinin vacibliyi, işğal olunmuş ərazilərin Azərbaycana qaytarılması, ermənilərin hüquqlarına və beynəlxalq sərhədlərə hörmət, habelə İranın sərhədlərinə terrorçuların yaxınlaşdırılmamasına bu dövrdə riayət olunub”.

Musəvinin sözlərinə görə, Ayətullah Xamnəinin Qarabağla bağlı bəyanatları və İranın sülh təşəbbüsü Azərbaycan Respublikasının rəsmiləri tərəfindən məmnuniyyətlə qarşılanıb.

Səfir əlavə edib: “Tehran-Bakı münasibətləri yeni bir mərhələyə qədəm qoyur”.




Bölməyə aid digər xəbərlər