Azərbaycan və Ermənistana embarqo tətbiq edilib - Qərar
Tarix: 17-11-2020 16:37 | Bölmə: Siyasət
Azərbaycan və Ermənistana embarqo tətbiq edilib

İspaniya parlamenti Dağlıq Qarabağ münaqişəsi davam edənə qədər Ermənistana və Azərbaycana silah və hərbi texnikanın satışını dayandıran qanun layihəsini təsdiqləyib.

Reyting.az
“ABC”-yə istinadla xəbər verir ki, gərginlik davam edərsə, İspaniya silah satışını dayandıracaq.

“Bildu” koalisiyasının üzvü olan deputat Xuan İnarritu Bakıya və İrəvana silah satışının dayandırılmasına dair qanun layihəsinin ATƏT-in tələbindən irəli gəldiyini bildirib. Onun sözlərinə görə, ATƏT 1992-ci ildən bəri üzvlərinə Azərbaycanla Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini tapması üçün hər iki ölkəyə könüllü olaraq silah embarqosu tətbiqini tövsiyə edib.

“ABC”-nin məlumatına görə, 2019-cu ildə İspaniyada Azərbaycan Respublikasına müdafiə vasitələrinin satışı məbləği təxminən 19 milyon avroya çatıb.




Bölməyə aid digər xəbərlər