Sərdar Cəlaloğlunun Baş nazir və nazirlə görüşü barədə məlumatları qeyri-müəyyən mənbələr yayır
Tarix: 18-11-2020 16:54 | Bölmə: Siyasət
Sərdar Cəlaloğlunun Baş nazir və nazirlə görüşü barədə məlumatları qeyri-müəyyən mənbələr yayır

“Mən, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə ötən il görüşmüşəm. Görüşümüz Bakıda olmayıb. İndi bilmirəm ki, həmin görüş zamanı çəkilən fotonu sosial şəbəkələrdə kimlər yayır”.

Bu fikirləri Reyting.az-a ADP sədri Sərdar Cəlaloğlu Türkiyənin Xarici İşlər naziri M. Çavuşoğlu ilə görüşüb müzakirələr apardığına dair yayılan foto və xəbərlərə aydınlıq gətirərkən deyib.

ADP sədri əlavə edib ki, Türkiyədəki siyasətçilərlə əlaqələrin olmasına normal yanaşmaq lazımdır: “Qardaş dövlətdir. Bizim rəsmi və qeyri-rəsmi qaydada əlaqələrimiz olmalıdır. Bundan təbii nə ola bilər?”.

Sərdar Cəlaloğlu əlavə edib ki, Türkiyə prezidenti Rəcəb Tayyub Ərdoğanla da görüşüb: “O zaman Rəcəb Tayyub Ərdoğan qardaş Türkiyənin Baş naziri idi. Görüşümüz Türkiyədə baş tutmuşdu”.

“Türkiyə rəhbərliyi ilə görüşmək niyyətiniz varmı”- sualına cavabında ADP sədri deyib ki, fikirlərini müxtəlif vasitələrlə Türkiyə rəsmi dairələrinə çatıdırır: “Ona görə də belə görüşə ehtiyacım yoxdur. Amma qarşı tərəfdən belə görüş istənilsə böyük məmnuniyyətlə görüşərəm. İki qardaş ölkə arasında münasibətlərin yüksək səviyyəyə qaldırılması işində mənim və partiyamızın boynuna düşən istənilən işi görməyə hazırıq”.




Bölməyə aid digər xəbərlər