Aİ ölkələrinin XİN başçıları Qarabağla bağlı müzakirə aparacaq
Tarix: 19-11-2020 11:22 | Bölmə: Siyasət
Aİ ölkələrinin XİN başçıları Qarabağla bağlı müzakirə aparacaq

Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri Dağlıq Qarabağdakı vəziyyəti nəzərdən keçirəcək.


Bu barədə “İnterfaks” xəbər yayıb.

“Siyasi həll yolunu tapmaq üçün zəruri olan atəşkəsi alqışlayırıq. Aİ üzvü olan Fransa ATƏT-in Minsk qrupunun həmsədridir və Avropa İttifaqı bu münaqişənin həllində siyasi rol oynamaq istəyir. Nazirlərin görüşündə bu məsələ müzakirə mövzusu olacaq”, - Aİ rəsmisi söyləyib.

Xatırladaq ki, daha əvvəl Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə bəyanat imzalayıblar/Report.




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}