11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Paşinyanın güvəndiyi dəstə Qarabağdan Yerevana qayıdıb
Tarix: 19-11-2020 17:00 | Bölmə: Siyasət
Paşinyanın güvəndiyi dəstə Qarabağdan Yerevana qayıdıb

“Yerevan” batalyonu Qarabağdan Ermənistanın paytaxtına qayıdıb.

Reyting.az
xəbər verir ki, bu barədə Yerevan şəhərinin meri Aik Marutyan məlumat verib.

Onun sözlərinə görə, könüllü döyüşçülər Yerevanı noyabrın 1-də tərk edib və noyabrın 7-də Qarabağa çataraq onun “müdafiəsində” iştirak ediblər.

A. Marutyan könüllülərə dözüm və səbr arzulayıb.

Qeyd edək ki, bu qüvvələrin paytaxta qayıtması ilk baxışdan təbii sayıla bilər. Çünki özgə torpağına işğal edən və 30 ildən sonra məğlubiyyətə uğrayan Ermənistan silahlı qüvvələrini Qarabağdan çıxarmalıdır.

Xatırladaq ki, bir neçə gün əvvəl Baş nazir Nikol Paşinyan özünün Feysbuk səhifəsində “Uşaqların geri qayıtması vaxtı çatdı, onların paytaxta qayıtması haqqında əmr verdim”,- bəyanatı ilə çıxış etmişdi. Bununla da Paşinyan ona qarşı müxalif mövqedən çıxış edənləri bir növ hədələmişdi.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}