Səfir Qüdsi Osmanov Moldovanın yeni prezidenti ilə görüşüb
Tarix: 19-11-2020 18:29 | Bölmə: Siyasət
Səfir Qüdsi Osmanov Moldovanın yeni prezidenti ilə görüşüb

Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov Prezident İlham Əliyevin məktubunu Moldovanın yeni prezidenti Mayya Sanduya çatdırıb.

Azərbaycanın Moldovadakı səfirliyindən Reyting.az-a verilən məlumata görə, azərbaycanlı diplomat Azərbaycan Prezidenti İlham Əliyevin həmkarı Maya Sanduya ünvanladığı təbrik məktubunu çatdırıb, bir dəstə çiçək təqdim edib və Moldova və Azərbaycan arasında gələcəkdə də səmərəli əməkdaşlığın davam etdirilməsinə ümidvar olduğunu bildirib.

Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev Moldovanın Fəaliyyət və Həmrəylik Partiyasının (PAS) lideri Mayya Sandunu Moldova Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edib.

"İnanıram ki, Azərbaycan-Moldova ənənəvi dostluq və əməkdaşlıq münasibətləri birgə səylərimizlə xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir", - deyə Prezident İlham Əliyevin məktubunda bildirilir.

İlham Əliyev həmkarı M.Sanduya möhkəm cansağlığı, xoşbəxtlik və “dost Moldova xalqının rifahı naminə” işlərində uğurlar arzulayıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}