17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Rusiya Qarabağda humanitar mərkəzlər yaradıb
Tarix: 19-11-2020 19:30 | Bölmə: Siyasət
Rusiya Qarabağda humanitar mərkəzlər yaradıb

Rusiya Dağlıq Qarabağda humanitar məsələlərin həlli üçün daha 5 mərkəz yaradıb.

“RİA Novosti” xəbər verir ki, bu barədə Rusiya Milli Müdafiə İdarəçiliyi Mərkəzinin açıqlamasında bildirilir.

Rusiya müdafiə nazirinin göstərişi ilə yaradılan həmin qurumlar - Minalardan Təmizləmə Mərkəzi, Qarşıduran Tərəfləri Barışdırma Mərkəzi (tərkibində psixoloji iş şöbəsi, televiziya və radio yayımı stansiyaları, qəzet redaksiyası var), Nəqliyyat Təminatı Mərkəzi, Tibbi Təminat Mərkəzi, Ticarət-Məişət Təminatı Mərkəzidir.

Xatırladaq ki, Qarabağla bağlı üçtərəfli bəyanatın şərtlərinə görə, Dağlıq Qarabağ münaqişəsi bölgəsində hərbi əməliyyatların dayandırılmasına nəzarət üçün Rusiyanın 1 960 nəfərlik canlı qüvvədən, 90 ədəd zirehli texnikadan, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı qüvvələri yerləşdirilməlidir.




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}