16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Bakıda etiraz aksiyası keçirilib - Fotolar
Tarix: 20-11-2020 13:31 | Bölmə: Siyasət
Bakıda etiraz aksiyası keçirilib

Bu gün Fransanın Azərbaycandakı səfirliyinin binas qarşısında aksiya keçirilib.

Reyting.az
-ın məlumatına görə, aksiya iştirakçıları Fransa Senatında qondarma rejimin tanınması ilə bağlı müraciətin müzakirəyə çıxarılmasına etirazlarını bildiriblər.

Aksiyada 13 vətəndaş cəmiyyəti adından Fransanın Azərbaycandakı səfirliyinə müraciət edilib.

Etiraz aksiyasının iştirakçısı, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatının üzvü Nərgiz Xələf Trend-ə bildirib ki, Azərbaycanın ərazi bütövlüyünü bütün dünya və beynəlxalq təşkilatlar tanıyır: “Azərbaycanın ərazi bütövlüyü ilə bağlı Birləşmiş Millətlər Təşkilatının 4 qətnaməsi olsa da, həmin sənədləri Azərbaycan hərbi gücü hesabına icra etdi. Belə bir halda Fransa Senatının bu cür qondarma məsələyə baxmaq cəhdi Azərbaycanın vətəndaş cəmiyyəti tərəfindən etirazla qarşılanır, bu etiraz müraciətimizi səfirlik vasitəsilə Fransa Senatına çatdırmaq istəyirik. Tələb edirik ki, Fransa Senatında nəinki bu məsələyə baxılmasın, Senatı bu məsələyə münasibət bildirməlidir. Qarabağ Azərbaycandır, Azərbaycan vətəndaş cəmiyyəti də dövlətimizə, xalqımıza və ordumuza həmrəydir".










Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}