Gürcüstanda parlament və mer seçkiləri keçirilir
Tarix: 21-11-2020 08:35 | Bölmə: Siyasət
Gürcüstanda parlament və mer seçkiləri keçirilir

Bu gün Gürcüstanda parlament seçkilərinin ikinci turu keçirilir.

Reyting.az
Gürcüstan KİV-lərinə istinadla xəbər verir ki, saat 08:00-dan 17 majoritar dairə üzrə səsverməyə start verilib.

İkinci mərhələ Tbilisi şəhəri üzrə 8, bölgələr üzrə isə 9 seçki dairəsində təşkil olunub.

Səsvermədə 2 140 210 seçicinin iştirak etmək hüququ var. Onlar 1 923 məntəqə və karantin zonalarında yaradılan 80 xüsusi məntəqədə səs verə biləcəklər.

Parlament seçkiləri ilə yanaşı, Kutaisi şəhərində növbədənkənar mer seçkisinin də II turu keçirilir.

Səsvermə prosesi saat 20:00-da başa çatacaq.

Qeyd edək ki, Gürcüstan müxalifəti parlament seçkilərinin II mərhələsində iştirakdan imtina edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}