17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Qarabağda itkin düşən ermənilərin siyahısı Azərbaycana təqdim olunub
Tarix: 21-11-2020 09:29 | Bölmə: Siyasət
Qarabağda itkin düşən ermənilərin siyahısı Azərbaycana təqdim olunub

Rusiya Fövqəladə Hallar Nazirliyi Beynəlxalq fəaliyyət departamentinin rəhbəri Vladimir Solovyov Dağlıq Qarabağdakı silahlı münaqişə zamanı itkin düşmüş ermənilərin siyahısını Beynəlxalq Qızıl Xaç Komitəsi səhra missiyasının nümayəndəsi Paskal Huntaya və Azərbaycan nümayəndələrinə təqdim edib.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Qeyd olunur ki, siyahı Rusiya FHN-nin xahişi ilə tərtib edilib.

V. Solovyov bildirib ki, siyahısını təqdim etdiyi itkin düşənlər haqqında heç bir məlumat yoxdur.

V. Solovyov əlavə edib ki, siyahını təqdim etdiyi Azərbaycan FHN ilə qarşılıqlı fəaliyyətləri var: “Siyahını təqdim etdiyim Azərbaycan tərəfi dedi ki, o, artıq nəzərə alınıb. Yəni onlar da öz kanalları ilə bu siyahıları veriblər və üzərində işləyirlər".

Reyting.az




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}