Əsir götürülmüş əsgərlərimizlə bağlı BMT-yə müraciət hazırlanıb
Tarix: 22-11-2020 09:33 | Bölmə: Siyasət
Əsir götürülmüş əsgərlərimizlə bağlı BMT-yə müraciət hazırlanıb

Ermənistan silahlı qüvvələrinin əsir götürdüyü Azərbaycan əsgərləri ilə bağlı məsələ Ombudsmanın diqqət mərkəzindədir.

Reyting.az
xəbər verir ki, bu barədə Ombudsman Aparatından bildirilib.

Məlumata görə, bu ilin sentyabr ayından etibarən Ermənistanın Azərbaycana qarşı təkrar hərbi təcavüzü nəticəsində əsir düşmüş Azərbaycan əsgərlərinə qarşı münasibətdə beynəlxalq hüquq normalarının və humanitar hüquq qaydalarının kobud şəkildə pozulması, onların işgəncələrə, alçaldıcı rəftara məruz qalmaları və digər faktlarla bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən 12 noyabr 2020-ci ildə aidiyyəti beynəlxalq təşkilatlara müraciətlər ünvanlanıb.

Müraciətdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan əsirlərinə qarşı törətdiyi qeyri-insani rəftarla bağlı faktlar əks etdirilməklə beynəlxalq təşkilatlar tərəfindən müvafiq araşdırmanın aparılması, Azərbaycan əsirlərinə qarşı yol verilən qanunsuzluqlara son qoyulması, hərbi əsirlərin beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq Azərbaycana qaytarılması, o cümlədən Ermənistan Respublikasının hərbi-siyasi rəhbərliyinin insan hüquq və azadlıqlarını kobud şəkildə pozan, beynəlxalq hüquq normaları ilə hərbi cinayət sayılan əməllərinə beynəlxalq hüquqi məsuliyyətin müəyyən edilməsi üçün zəruri addımların atılması tələb edilib.

Göstərilənlərlə yanaşı qeyd olunmalıdır ki, Ermənistan hərbçilərinin əsir götürdüyü Azərbaycan əsgərləri Amin Musayev və Bayram Kərimovla bağlı Müvəkkil tərəfindən BQXK-nə və BMT-yə təkrar müraciət artıq hazırlanıb.

Qeyd edək ki, bu işlərə noyabrın 12-dən başlanılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}