DTX rəisi Əli Nağıyevin Şuşaya xidməti səfəri olub
Tarix: 22-11-2020 10:55 | Bölmə: Siyasət
DTX rəisi Əli Nağıyevin Şuşaya xidməti səfəri olub

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığı ilə işğaldan azad olunmuş Şuşa şəhərinin təhlükəsizliyinin gücləndirilməsi, şəhərdə hərbi və hüquq-mühafizə orqanları arasında koordinasiya işinin təşkili məqsədilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-leytenant Əli Nağıyevin 19-20 noyabr tarixlərində Şuşa şəhərinə xidməti səfəri olub.

Reyting.az
xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Qeyd edilən səfər çərçivəsində Xidmət rəisi, həmçinin Füzuli şəhəri və Hadrut qəsəbəsində DTX-nin yeni fəaliyyətə başlamış yerli şöbələrinin təchizat məsələləri və iş şəraiti ilə tanış olub, Müdafiə Nazirliyi və digər strukturların əməkdaşları ilə görüşlər keçirib, qarşıda duran birgə vəzifələr müzakirə olunub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}