Erkan Özoral: “Füzulinin dağıdılması erməni vandalizminin bariz nümunəsidir”
Tarix: 22-11-2020 17:50 | Bölmə: Siyasət
Erkan Özoral: “Füzulinin dağıdılması erməni vandalizminin bariz nümunəsidir”

“Azərbaycan 30 il sonra öz torpaqlarının işğaldan azad etdi. Ermənilər burda hər şeyi dağıdıblar. Azərbaycan böyük bir qələbə qazanıb”.

Məlumata görə, bu fikirləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral söyləyib.

Səfir deyib: “Azərbaycan möhkəm dayanıb və bundan sonra da bütün əraziləri bərpa edəcək. Bura həyat qayıdacaq və bu, Azərbaycanın ikinci böyük qələbəsi olacaq”.

“Füzuli şəhərinin dağıdılması Azərbaycana və Azərbaycan xalqına qarşı erməni vandalizminin və vəhşiliyinin bariz nümunəsidir”, - Türkiyənin Azərbaycandakı səfiri vurğulayıb/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}