Fəzail Ağamalı yenidən partiya sədri seçilib
Tarix: 23-11-2020 16:49 | Bölmə: Siyasət
Fəzail Ağamalı yenidən partiya sədri seçilib

Ana Vətən Partiyasının videokonfrans formatında VII qurultayı keçirilib.

Partiyadan Reyting.az-a verilən məlumata görə, qurultayda Fəzail Ağamalı növbəti dəfə Ana Vətən Partiyasının sədri seçilib.

Bundan əlavə, Elçin Ağamalı partiya sədrinin Təşkilati məsələlər üzrə müavini, Arzuman Abdulkərimov Siyasi məsələlər üzrə müavini, Yalçın Hacızadə Hüquq məsələləri üzrə müavini, Rəşadət Yaqublu Ali Məclisin sədri, Günay Ağamalı Qadınlar Şurası İdarə Heyyətinin sədri, Səbinə Kərimova Qadənlar Şurası İdarə Heyyətinin sədr müavini seçilib.

Qurultayda Ana Vətən Partiyasının bəyanatı səsləndirilib və səsə qoyularaq qəbul olunub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}