16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Politoloq: “Türk ordusu Şuşada yerləşsə...”
Tarix: 25-11-2020 14:11 | Bölmə: Siyasət
Politoloq: “Türk ordusu Şuşada yerləşsə...”

“Türkiyə ordusunun Azərbaycana gəlişini hər gün gözləyir, qardaş ölkə hərbçilərinin bura gələcəyi xəbərini eşitmək üçün mətbuatı ciddi şəkildə izləyirəm. Qeyd edim ki, 10 noyabrda imzalanan üçtərəfli bəyanatda Türkiyə sülhməramlılarının da adı yazılmamışdı. Mən bunu belə izah edirəm ki, əgər bəyanata Türkiyə sülhməramlılarının adı yazılsaydı erməni tərəfi sənədə imza atmayacaqdı. Bundan bəhanə kimi istifadə etməyə çalışacaqdılar. Yəni bu hal Ermənistanın kapitulyasiyasının qarşısını ala bilərdi. Ola bilsin ki, bu səbəbdən sənəd imzalandı, amma ondan az sonra Rusiya və Türkiyə arasında ilkin razılaşma oldu. Beləcə, Ermənistan fakt qarşısında qaldı”.

Bu fikirləri Reyting.az-a Prezident Administrasiyasının sabiq sektor müdiri, politoloq Rüstəm Məmmədov deyib.

Onun sözlərinə görə, Türkiyə ordusu Azərbaycana gələcək: “Vacib deyil ki, türklər Azərbaycanda harada yerləşəcək. Onlar Şuşada yerləşsə belə, bu bizim üçün kifayət edər. Türkiyənin adının Dağlıq Qarabağda səsləndirilməsi bizim üçün böyük qüvvə, arxadır”.
R. Məmmədov hesab edir ki, Türkiyə ordusunun Cənubi Qafqazda mövcudluğu erməni tərəfinin anti-hüquqi addımlar atmasını əngəlləyən vasitə də sayıla bilər: “Ermənilər bundan sonra Qarabağda “at oynada” bilməzlər. Onlar bundan sonra bir qələt edə bilməzlər”.

Politoloq əlavə edib ki, bu gün ermənilərin Kəlbəcərdən çıxarılması Azərbaycanın qələbəsidir: “İndi onların qaçqınları yaranır. Bunu da təbii qəbul etmək lazımdır. Hazırda ermənilərin Xankəndinə qayıtdığı deyilir. Amma mən inanmıram ki, onlar burada daimi qalsın. Bir müddətdən sonra qaçacaqlar”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}