Yunanıstan xüsusi təyinatlısı Qarabağda öldürülüb
Tarix: 23-11-2020 12:13 | Bölmə: Slayd
Yunanıstan xüsusi təyinatlısı Qarabağda öldürülüb

İki yunan idmançı Azərbaycana qarşı döyüşmək üçün könüllü olaraq Ermənistana gəlib. Yunanıstanın xüsusi təyinatlı qüvvələrində xidmət keçən qardaşlardan biri müharibə zamanı Dağlıq Qarabağda öldürülüb.

Reyting.az
xəbər verir ki, bu barədə yunanıstanlı jurnalist Krikor Tsakitzian bildirib.

Jurnalist qeyd edib ki, müharibə başlayarkən qardaşlar Yunanıstanın Aleksandrupolis şəhərindən Ermənistana, oradan da Qarabağdakı savaşa gedib. Müharibə zamanı qardaşlardan biri öldürülüb.

Hansısa səbəbdən qardaşların adına mətbuatda açıqlanan və öldürülən yunan könüllülərinin siyahısında rast gəlinməyib.



Hazırda sağ olan qardaşın öldürülən qardaşının cəsədini alaraq Yunanıstana qayıdacağı bildirilir.

Qeyd edək ki, Ermənistan tərəfindən döyüşən “VoMA” adlı terrorçu qrupla bağlı araşdırma aparıldığı bildirilmişdi.

Ermənistan vətəndaşı Vladimir Vartanov fərqli millətlərdən olan könüllü döyüşçülərdən “VoMa” adı verilən batalyon qurduqlarını, burada olanlara hərbi təlimlər keçirildiyini və Azərbaycanın işğal altında olan ərazilərinə göndərildiyini qeyd etmişdi.

Ermənistanın işğalı altında olan Dağlıq Qarabağa gələn terrorçu taborunda erməni əsilli xarici ölkə vətəndaşları ilə yanaşı PKK və ASALA kimi terror təşkilatlarının üzvləri də olub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}