ABŞ rus diplomatlarına casusluq təklif edir
Tarix: 23-11-2022 18:32 | Bölmə: Slayd
ABŞ rus diplomatlarına casusluq təklif edir

Ukrayna ilə savaşda böyük itkilər verən Rusiyaya qarşı ABŞ-ın məxfi planlarından biri ifşa olunub.

Reyting.az
xəbər verir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) məxfi planını Rusiya tərəfi açıqlayıb.

Bildirilir ki, MKİ-nin əməliyyatlar üzrə direktor müavini David Marlove təşkilatın hədəfini akademiklərə açıqlayıb.

David Marlove Corc Mason Universitetinin Hayden Mərkəzindəki çıxışında Qərb kəşfiyyat orqanlarının narazı rusları fürsətə çevirə biləcəyinə inandığını deyib.

“Biz bütün dünyada Rusiya işğalından bizim qədər iyrənən rusları axtarırıq”, - Marlove bildirib. O, əlavə edib ki, onlarla işləyəcək insanlara açıqdırlar. Yəni ABŞ kəşfiyyatının əsas fiqurlarından biri ruslara vacib məlumatlarla bağlı casusluq təklif edib.

ABŞ mətbuatı bu açıqlamaları oxucularına “MKİ Rusiya müxalifləri arasında casusları axtarır” başlığı ilə yayıb. Bu isə Rusiya mətbuatının hədəfinə çevrilib. Rusiyanın RT telekanalı bu sözləri “MKİ narazı ruslar üçün planını açıqladı” başlığı ilə ictimailəşdirib: “Bu, Qərbdə yerləşən kəşfiyyat agentliklərinin xaricdəki rusiyalı kadrlara yaxınlaşmağa çalışmasından sonra baş verir”.

Hesabatda qeyd olunur ki, bu ilin əvvəlində Kreml ABŞ-ın rus diplomatlarını aldatmaq cəhdlərini “çox həyasız” və “qəbuledilməz” hal kimi tənqid edib.

Xarici KİV-lər ABŞ-ın ruslara casusluq təklifi ilə yanaşı Ukrayna tərəfinə təzyiqlərindən də yazır.

“Washington Post” qəzeti adı açıqlanmayan mənbələrə istinadla bildirir ki, ABŞ rəsmilərinin tələbi Ukraynanı danışıqlar masasına oturtmaq məqsədi daşımasa da, Zelenskiyə təzyiqlər olur. ABŞ-ın təzyiqlərinə səbəb nüvə müharibəsi qorxusunun artması fonunda Putinlə görüşə qoyulan qadağanın ləğvi və müharibənin bitməsidir.

Onu da qeyd edək ki, ABŞ-ın bu tələbindən sonra Ukrayna Prezidenti Aparatının müşaviri Mixail Podolyak Qərbi tənqid edib.

Ukrayna lideri Zelenskinin sadiq kadrlarından sayılan Podolyak Qərbdən gələn mesajlarla bağlı deyib: “Döyüş meydanında təşəbbüs sahibi olduğunuz zaman hər şeyi edə bilməyəcəksiniz kimi təkliflər almaq bir az qəribədir. Hərbi baxımdan danışıqlar aparmaq lazımdır”.

Podolyak əlavə edib ki, bu, torpaqlarını geri alan ölkənin itirən ölkəyə təslim olması demək olacaq.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}