Tarix: 13-03-2017 14:27 | Bölmə: Şou-biznes / Xəbərlər
Bir neçə gün öncə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə reyd keçirib. Reyd zamanı yol hərəkəti qaydalarını pozan qadın sürücülərə cərimə əvəzinə gül dəstəsi verilib. Şəhərin mərkəzi küçə və prospektlərində həyata keçirilən aksiyaya bəstəkar-müğənni Elza Seyidcahan da tuş gəlib. O da cərimələnmək əvəzinə gül dəstəsi alanlardandır.
Elza Seyidcahan "Reytinq”ə deyib ki, Azərbaycanda belə polislərin olmasına görə çox sevinir: "Verilişdən çıxıb evə gəlirdim, yolda polislər məni saxladılar. Vaqif müəllim də onların yanında idi. Orda başqa xalqların da nümayəndələri vardı. Gözlənilmədən mən də həmin qadınların axınına düşdüm. Özüm də gərgin idim, polislər mənə çiçəklər verib, təbrik etdilər”.
E.Seyidcahan həmin gün yol hərəkət qaydalarını bilərəkdən pozub: "İstədim ki, məni saxlasınlar. Onlar da məni saxladılar. Düşündüm ki, burda bir musiqi dəifa edim. Mənim vətənpərvər musiqilərim çoxdur. Amma imkan vermədilər.
Elə vaxtlar olur ki, polislər bizi evə kimi yola da salır. Əlbəttə ki, biz yol hərəkəti qaydalarını pozmamalıyıq. Polislər məni saxlayanda ürəyimdən keçdi ki, yol hərəkət qaydalarını pozduğuma görə olan cəriməmi ləğv edəcəklər...”.
Qaydaları bilərəkdən pozan insanlara sərt münasibət bəslədiyini deyən sənətçi bildirib ki, o,sənət adamları arasında qaydaları bilərəkdən pozanların olmasına inanmır: "Məsələn, Nadir Qafarzadə ilə mən rayonlara getmişəm. O, çox rahat maşın sürür. Əgər biz qaydalara əməl etməsək onda yollarda sükanı rahat idarə edə bilmərik. Allah göstərməsin, yoxsa qəza törədərik.
Sükan araxasında birimiz oxuyuruq, birimiz şeir yazırıq. Bütün obrazlara girirəm. Efirlərə və yaxud digər canlı çıxışlara gedərkən hazırlaşırıq.
Mən həm də verilişlərdə ekspert kimi oturaram, istəyirəm ki, emosiyalara qapılmayım. Maşında gedəndə düşünürəm ki, daha təmkinli olum.
Mətanət İsgəndərli maşın sürəbilmir. Özü də deyir ki, mənim iki arzum var - biri maşın sürmək, biri də arıqlamaq. Arıq olmaq ona nəsib olur, amma maşın sürə bilmir.
Maşın sürmək asan deyil, sükan arxasında olanda dördgöz olmalısan. Mənim çox zaman vaxtım maşında keçir. Ona görə özümü çəmləyirəm, evdə, bayramda, tədbirdə, toyda, bir sözlə, ilham pərisi harda gəldi orda da şeir yazıram. İlham pərisi gələndə məndən soruşmur ki, maşındasan, yoxsa evdə?”
8 martda xeyli hədiyyələr alan müğənni hələ ki, onların çoxunu açıb baxmağa vaxt tapmayıb:
"Bütün günü tədbirlərdəyəm, evə gec gələrim. Mənim üçün ən böyük hədiyyə nəvəmdir. Bundan böyük hədiyyə ola bilməzdi”.
Qarşıdan gələn aylarda edəcəyi yeniliklərə gəlincə, müğənni-bəstəkar deyib ki,o qədər layihələri var ki: "Bilmirəm hansını deyəm. Amma çalışacam ki, bunları vaxtında təqdim edim.
O ki qaldı şeirlərimin müxtəlif cür yozulmasına, qoy həmin şəxslər bilsin ki, Elza bir öz dilində, bir də onların dilində. Hərə öz qabındakı kimi anlayır. Fəlsəfəni, poeziyanı, şeriyyatın dərinliyini anlaya bilməyənlər hər şeyi şəhvətdə, zinada görürlər. Yenə də onların fikirlərinə hörmətlə yanaşıram.
Yeniliklərim şeirlərimdədir. Arzu edirəm, hər kəs öz yaradıclığında yazıb yaratsın. Təki mənim yaradıcılığım müzakirə olunsun, şəxsi həyatım yerli-yersiz müzakirəyə çıxarılmasın, kimlərsə bundan faydalanmasın.
Mənim bütün şeirlərimi paylaşırlar. Sadəcə, mənim sonuncu "Gecənin qaranlığında” şeirim sənətə aid mövzudur. Əsl dahi əsərlər gecələr yaranır. Allahın varlığı olan insanlar da gecələr əsərlər kimi yaranır. Bütün dahilər əsərlərini gecələr yazır. Əsl sənətkarlar bunu anlayır”.
Reyting.az
Bölməyə aid digər xəbərlər