20:13 / 15-07-2025
Sabir Rüstəmxanlı: "Tüpürüm sənin menecerinə də..."
18:44 / 15-07-2025
Dağlıq ərazidə güclü yanğın başlayıb - (Yenilənib)
18:03 / 15-07-2025
Azərbaycan "OPEC+" kvotasından gündəlik 87 min barel geri qalıb
17:57 / 15-07-2025
Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə keçirilib - (Yenilənib)
17:48 / 15-07-2025
Keçmiş futbolçu AFFA-da şöbə rəisi təyin olunub
17:37 / 15-07-2025
Əraqçi: 120-dən çox ölkə İrana hücumları pisləyib
17:35 / 15-07-2025
Bakda Avropa Kuboku keçiriləcək
16:53 / 15-07-2025
Ukraynanın baş naziri istefa verib
16:33 / 15-07-2025
Avropanı genişmiqyaslı müharibəyə hazırlaşmağa çağırırlar
16:19 / 15-07-2025
"Neftçi” Venesuela millisinin yarımmüdafiəçisi ilə anlaşıb
16:18 / 15-07-2025
İki dövlət qurumu Şamaxıda birgə konfrans keçirir - Foto
15:44 / 15-07-2025
UEFA Azərbaycanın 9 klubuna pul köçürüb
15:25 / 15-07-2025
Bəzi rayonlara leysan yağacaq - Xəbərdarlıq
15:13 / 15-07-2025
Şəxsi məlumatları xarici kiberbunkerlərə ötürən dələduz haker saxlanılıb
14:49 / 15-07-2025
Kamran Əliyev daha iki prokurorla bağlı əmr imzalayıb
14:21 / 15-07-2025
Cəlilabadda meşəlik ərazidə yanğın başlayıb
14:20 / 15-07-2025
Avropa Rusiyanın 245 milyard dollarını Ukrayna üçün xərcləmək istəyir
14:16 / 15-07-2025
Afaq Bəşirqızı: "Xalq artisti adını sənə bibin, dayın, əmin verdirə bilər, amma..."
13:52 / 15-07-2025
Kamran Əliyevi iki prokuror təyin edib
13:47 / 15-07-2025
Rusiyanın NATO-ya hücum planı var
13:46 / 15-07-2025
Sabahın hava proqnozu açıqlanıb
13:34 / 15-07-2025
Medvedev: Avropa məyus olsa da, Rusiyanın vecinə deyil
13:28 / 15-07-2025
Azərbaycanla Səudiyyə Ərəbistanı arasında bir sıra sənədlər təsdiqlənib
13:18 / 15-07-2025
Bolqarıstan Avrozonaya qəbul olunub
13:04 / 15-07-2025
İsrail ordusu xüsusi təyinatlıların düşərgələrinə hücum edib
12:41 / 15-07-2025
Musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbulun nəticələri elan olunub
12:35 / 15-07-2025
Bakıda şəhidin adını daşıyan küçənin sakinləri imdad diləyir - Fotolar
12:29 / 15-07-2025
Slovakiya Azərbaycanda fəxri konsulluq açacaq
12:17 / 15-07-2025
Suriya hökuməti hərbi əməliyyatlara başlayır
00:11 / 11-07-2025

14:26 / 14-07-2025

13:38 / 11-07-2025

12:27 / 12-07-2025

14:09 / 11-07-2025

13:51 / 11-07-2025

12:34 / 11-07-2025

15:19 / 12-07-2025

22:28 / 10-07-2025

06:13 / 13-07-2025

08:34 / 11-07-2025

14:30 / 14-07-2025

Kralların biabırçılığı
Tarix: 07-12-2017 13:54 | Bölmə: Mətanət ƏLİYEVA

Səudiyyə Ərəbistanında hakimiyyət daxilində ciddi qarşıdurma yaranıb. KİV-lərin verdiyi məlumata görə, hazırkı kral Salman bin Əbdüləzizin varisi Məhəmməd bin Salman şahzadə qohumlarını həbs etdirib. Həbs olunanlar əsasən Səudiyyə Ərəbistanının yaradıcısı, sabiq kral Əbdüləziz bin Səudun ölən oğlu Sultan bin Əbdüləzizin oğlanları və qızlarıdır.
Məlumatlarda vəliəhdin öz qohumlarını guya korrupsiya ilə məşğul olduqları üçün həbs etdirdiyi bildirilir. Guya vəliəhd onların oğurladıqları 800 milyard dolları büdcəyə yönəltmək fikrindədir.
İddalara görə, oğurlanan pulları geri almaq üçün ABŞ hərbçiləri şahzadələrə işgəncə veriblər.
Şübhəsiz ki, səbəb təkcə korrupsiya ola bilməz, çünki vəliəhd özü qohumlarından dəfələrlə çox oğurlayır.
Səudiyyə Ərəbistanında da bizdəki kimi sadə xalq siyasi məsələlərdə heç bir rol oynamır. Hakimiyyət dəyişikliyi yalnız siyasi elita daxilində ola bilər.
Səudiyyə Ərəbistanının hazırkı rəhbərliyinin siyasi fəaliyyəti iflasa uğrayıb. Müsəlman ölkələrini dağıdan Qərb siyasətçilərinə hərtərəfli dəstək verən Səudiyyə kralı Suriyada məğlub oldu, xərclədiyi milyardlar havaya sovruldu, Kral Salman qaçqına çevrilən ərəblərin nifrətini qazandı. Kral öz siyasəti ilə ərəbləri dünyada biabır etdi. Avropalılar qaçqın ərəblərə vəhşi kimi baxır, onları alçaldırlar.
Sözsüz ki, Səudiyyə Ərəbistanının daxilində kralın satqın siyasətinə etiraz edən qüvvələr var və yəqin ki, vəliəhd Məhəmməd onları korrupsioner adı ilə məhv etmək istəyir.
Vaxtilə ərəb xilafətində Məhəmməd peyğəmbərdən sonra xəlifə Əli olmalı idi. Məhəmməd peyğəmbər ərəb xilafəti kimi nəhəng dövləti Əlinin qılıncı hesabına yaratmışdı. Əli eyni zamanda Peyğəmbərin yeganə övladı Fatimənin həyat yoldaşı idi. Kral Salman kimi adamlar o vaxt Əlinin xəlifə olmasına imkan vermədilər, Peyğəmbərdən sonra Əbu Bəkr, Ömər və Osman xəlifə oldu. Əli dördüncü xəlifə oldu və onu qətlə yetirdilər.
Əlidən sonra onun oğlanları Həsən, Hüseyn və digərlərini qətlə yetirdilər. Məhəmməd peyğəmbərdən sonra hakimiyyətdə olan xəlifələr dövləti parçalaya-parçalaya zəiflətdilər, 30-dan çox hissəyə bölünmüş ərəb dövlətləri bir-birinə düşmən oldu. Peyğəmbərdən sonrakı xəlifələr ərəblərin tərəqqisi üçün heç nə etmədilər. Onların tamahının və satqın mövqeyinin nəticəsidir ki, bu gün müsəlmanları dünyada terrorçu, vəhşi kimi qələmə verirlər.
Bu gün Məhəmməd peyğəmbərin siyasətinə sadiq qalan, işğalçılara meydan oxuyan yeganə dövlət İrandır. İranın dünya siyasətində rolunun artması müsəlman xalqlarının tərəqqisinə xidmət edəcək.
Tarix yenə təkrar olundu. Birinci dünya müharibəsində məğlub olan Osmanlı imperiyası 1920-ci ildə Rusiya ilə ittifaqa girərək müstəqil Azərbaycanı bolşevik Rusiyasına təhvil verdi. Hazırkı dövrdə də təcavüzkar Qərblə müttəfiq olan Ərdoğan Türkiyəsi Qərbin məğlubiyyətindən sonra mövqeyini dəyişərək Rusiya ilə birləşib. Qərbin və Türkiyənin sifarişi ilə Rusiya və İranı söyən bizim pantürkistlər isə susublar.
Biz, Azərbaycan müsəlmanları bu gün səhv siyasətin qurbanıyıq. Müstəqil olandan sonra siyasi elitamız müsəlman ölkələrinə təcavüz edən xarici dövlətlərlə müttəfiqlik edir, daxildə isə ölkənin sərvətləri kiçik bir qrupun ixtiyarına verilib.
Ölkədə demokratik siyasi mübarizə getmir, yalnız ölkənin sərvətlərinə yiyələnmiş kiçik qrup öz arasında bu sərvətləri bir-birinin əlindən almaq uğrunda vuruşur.
Xalq səfalət içərisində yaşayır. Gələn il seçki ili olsa da, heç kim hakimiyyətin dəyişəcəyinə ümid etmir. Hətta vətəndaşlar hakimiyyətin icazəsi olmadan kənar adamın namizədliyinin qeydə alınacağına da inanmır. Belə görünür ki, bütün müsəlman xalqları kimi, bizim də öz taleyimizi özümüzün həll etməyimiz üçün intellektimiz, səviyyəmiz çatmır, Səudiyyə kralı kimi müsəlman liderlərin satqınlığı nəticəsində hər cəhətdən, o cümlədən siyasi təfəkkür baxımından inkişaf etməmişik. Ona görə də bizim taleyimiz böyük dövlətlərin dünyada apardığı geosiyasi mübarizənin nəticəsindən asılıdır. ABŞ qalib gələrsə, siyasi taleyimizi o həll edəcək, Rusiya qalib gələrsə, siyasi taleyimizi özü müəyyənləşdirəcək və s. Çox təəssüf ki, real vəziyyət belədir. Əgər ölkəmizdə hakimiyyəti seçki yolu ilə dəyişməyə imkan vermirlərsə, biz nəyə ümid edə bilərik?
Qışın gözəlliyi ondadır ki, isti evin, isti paltarın, isti yeməyin olsun. Şaxtalı-qarlı havada işdən yorğun gəlib, isti, işıqlı evə girəsən, ailəni süfrə arxasına toplayıb nahar edəsən, sonra hərə öz otağına çəkilib dincələ. Kabel televiziyanın, internetin, evin içində hamamın, asfalt yolun olsa, yaşamaq daha da gözəl olar. Bunlar orta səviyyədə yaşayan müasir insanın ən zəruri ehtiyaclarıdır. Bu təlabatlarını ödəyə bilməyən vətəndaş yoxsul sayılır. Maşın, bahalı salonlar, restoranlar, səyahətlər və s. bunlar artıq varlı insanlar üçündür.
Hazırkı Azərbaycanda, mənim fikrimcə, əhalinin 50 faizdən çoxu kasıb yaşayır, ən zəruri ehtiyaclarını ödəyə bilmir. Gələn il seçki saxtalaşdırılarsa, vəziyyət belə də davam edəcək.
Bunlar hələ sosial problemlərdir. Vətəndaşlara çörəkdən başqa siyasi azadlıqlar da lazımdır. Hər bir vətəndaş bilməlidir ki, seçkidə onun verdiyi səsin ölkə üçün əhəmiyyəti var, onda vətəndaş öz dəyərini biləcək.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Mətanət ƏLİYEVA
Bölməyə aid digər xəbərlər