12:51 / 10-05-2024
Sabiq rektora hökm oxunub
ABŞ BMT-yə ödənişləri azaldacaq - Nikki Heyli
Tarix: 29-03-2018 08:09 | Bölmə: Dünya / Xəbərlər
ABŞ BMT-yə ödənişləri azaldacaq

ABŞ BMT-nin büdcəsinə ödənişləri azaldacaq.

“AP” agentliyinin xəbərinə görə, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bəyan edib.

“Sülhməramlılıq ümumi məsuliyyətdir. Hamımız öz töhfəmizi verməli və hər kəs daha çox səy göstərməlidir”,- deyə N.Heyli qeyd edib.

Hazırda ABŞ BMT-nin əsas maliyyə mənbəyidir və 2018-ci ildə büdcənin 28,5% təmin edib. N.Heyli bildirib ki, ABŞ qanunlarına görə Vaşinqton BMT-nin büdcəsinə 25%-dən az ödəyə bilər. Ödənişlərin həcminə görə ikinci yerdə Çindir - 10%.

Qeyd edək ki, BMT Baş Assambleyası ümumdünya təşkilatının 2018-2019-cu illər üçün büdcəsini ötən ilin sonunda təsdiq edib. Budcə 5,39 milyard dollar təşkil edib, bu göstərici əvvəlki iki illik büdcə ilə müqayisədə 166 milyon dollar azdır.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}