Futbolçu və klublara cəza verilib
Tarix: 23-04-2019 13:52 | Bölmə: İdman / Xəbərlər
Futbolçu və klublara cəza verilib

Bu gün AFFA İntizam Komitəsi Premyer Liqanın 25-ci turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.

Reyting.az
PFL-in saytına istinadla bildirir ki, bu gün keçirilən iclasda Azərbaycan Premyer Liqasının 25-ci turunun “Sumqayıt” – “Səbail” matçının 58-ci dəqiqəsində qonaq komandanın futbolçusu Tome Kitanovski ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının 25-ci turunun “Sabah” – “Neftçi” matçında qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Oyunun 56-cı dəqiqəsində “Sabah”ın futbolçusu Novruz Məmmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}