Premyer Liqada XVI tur başa çatıb - Hesab
Tarix: 04-02-2017 18:57 | Bölmə: İdman / Xəbərlər

Bu gün Topaz Premyer Liqada XVI tura yekun vurulub.

Son oyun günündə 2 qarşılaşma keçirilib.

"Zirə" öz meydanında "Kəpəz"i qəbul edib. Bu oyun turnir cədvəlində qonşu pillələrdə qərarlaşan komandalar üçün mühüm əhəmiyyət kəsb edirdi. Matçın 28-ci dəqiqəsində 10 nəfərlə qalmasına baxmayaraq, "Zirə" rəqibinə 1:0 hesabı ilə qalib gəlib.

Günün digər oyununda isə "İnter" səfərdə "Sumqayıt"ın qonağı olub. Görüş 2:2 hesablı bərabərliklə başa çatıb.(Qol.az)





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}