Azərbaycan millisi ermənilərlə üz-üzə gəlir
Tarix: 16-06-2017 11:15 | Bölmə: İdman / Xəbərlər


Bolqarıstanda kişi həndbolçular arasında İnkişaf etməkdə olan ölkələrin çempionatında qrup mərhələsinin oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, ilk 2 turdan sonra aktivində 2 xalı olan Azərbaycan millisi sonuncu oyunda Kiprləüz-üzə gəlib.

Qarşılaşma həndbolçularımız üçün uğursuz alınıb. Komandamız 28:32 (13:18) hesabı ilə uduzmaqla, 1/4 final şansını dəfn edib. Rəqiblərimizdən Kiprlə yanaşı, təmsilçimizi məğlub edən Bolqarıstan da mərhələ adlayıb.

Buna baxmayaraq, Hikmət Abdullayevin yetirmələri yarışda mübarizəni davam etdirəcəklər. C qrupunda 3-cü olan yığmamız 9-16-cı yerlər uğrunda ilk olaraq D qrupunu xalsız başa vuran Ermənistanla oynayacaq. Aşkar zəif olan rəqiblə matç bu gün Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

Təmsilçimiz Ermənistandan güclü olarsa, İrlandiya – Malta cütünün qalibi ilə üz-üzə gələcək.

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}