“Sumqayıt” “Qarabağ”la oyuna əvəzediciləri də cəlb eləyir
Tarix: 27-02-2018 21:42 | Bölmə: İdman / Xəbərlər
“Sumqayıt” “Qarabağ”la oyuna əvəzediciləri də cəlb eləyir

Topaz Premyer Liqanınn 17-ci turunda “Keşlə”ni məğlub edən “Sumqayıt” bir günlük istirahətin ardından məşqləri bərpa edib.

Samir Abasovun komandası saat 16:00-da “Kapital Bank Arena”da məşqə çıxıb.

Zədə səbəbindən ötən turu buraxan Azər Salahlı tam sağalaraq komanda ilə birgə çalışıb. Əvəzedici heyətdən 3 futbolçu – Sahil Mirzəyev, Fərid Kərimzadə və Elvin Dəmirov məşqlərə qoşulub.

Qeyd edək ki, “Sumqayıt” – “Qarabağ” qarşılaşması 3 mart, saat 18:30-da “Kapital Bank Arena”da keçiriləcək. Matç “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}