Nazir Əbülfəs Qarayev kadr dəyişikliyi edib – Təyinat
Tarix: 10-10-2017 15:02 | Bölmə: Mədəniyyət / Xəbər lenti
Nazir Əbülfəs Qarayev kadr dəyişikliyi edib

Respublikada fəaliyyət göstərən teatrlardan birində kadr dəyişikliyi aparılıb.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müvafiq əmrlərinə əsasən, "Yuğ” Dövlət Teatrının direktoru Tərlan Rəsulov, teatrın baş rejissoru Gümrah Ömərov öz ərizələri ilə tutduqları vəzifələrdən azad ediliblər. Əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadə "Yuğ” Dövlət Teatrının baş rejissoru təyin olunub.

Nazirin digər əmri ilə Azərbaycan Dövlət Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadəyə "Yuğ” Dövlət Teatrının direktoru vəzifəsinin müvəqqəti icrası həvalə edilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
30-11-2017, 14:43 Sabiq deputat vəfat edib