Yunanıstanda körpü uçub, ölən və yaralananlar var - Video
Tarix: 23-07-2023 17:57 | Bölmə: Dünya
Yunanıstanda körpü uçub, ölən və yaralananlar var

İyulun 23-də Yunanıstanın Patras şəhərinin girişində körpünün uçması nəticəsində azı bir nəfər ölüb, beş nəfər yaralanıb, daha iki nəfər itkin düşüb.

Reyting.az
xəbər verir ki, bu barədə “Kathimerin” qəzeti məlumat yayıb.

Bildirilir ki, 2021-ci ildən körpüdə təmir işləri davam etdirilir. Çünki bu körpü əhəmiyyətli dərəcədə aşınma əlamətləri olub və hissə-hissə təmir edilib.

Məlumata görə, xəsarət alanlardan ən azı ikisinin körpünün təmirində iştirak edən işçilərdir.

Bundan əlavə, körpünün altında beş-altı nəfərin ola biləcəyi barədə məlumatlar da var.



ELÇİN




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir

{sape_links}{sape_article}