Avropa Yunanıstana 490-dan çox yanğınsöndürən göndərib
Tarix: 26-07-2023 21:19 | Bölmə: Dünya
Avropa Yunanıstana 490-dan çox yanğınsöndürən göndərib

Avropa İttifaqına (Aİ) üzv dövlətlər son həftə ərzində kütləvi meşə yanğınları ilə mübarizə aparan Yunanıstana əlavə yardım göndəriblər.

Reyting.az
xəbər verir ki, bu barədə Avropa Komissiyasının Mülki Müdafiə və Humanitar Yardım Əməliyyatları üzrə Baş Direktorluğu məlumat yayıb.

Bildirilir ki, Aİ-nin 10 üzvü Yunanıstana yanğınlarla mübarizədə öz yardımlarını təklif edib: Bolqarıstan, Xorvatiya, Kipr, Fransa, İtaliya, Malta, Polşa, Rumıniya, Slovakiya, Serbiya və Fransa.

Yunanıstanın müxtəlif bölgələrinə 490-dan çox yanğınsöndürən və yeddi xüsusi təyyarə göndərilib.

Həmçinin, Aİ Mülki Müdafiə Mexanizmi vasitəsilə yanğınların davam etdiyi Tunisə də yardım göndərilib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir

{sape_links}{sape_article}