Baltikyanı ölkələr Ukrayna ilə bağlı Bəyannaməyə qoşulub
Tarix: 17-08-2023 15:54 | Bölmə: Dünya
Baltikyanı ölkələr Ukrayna ilə bağlı Bəyannaməyə qoşulub

Litva, Latviya və Estoniya Ukraynaya təhlükəsizlik zəmanətləri və yardım haqqında “G7”nin Bəyannaməsinə qoşulub.

Bu barədə Litva hökumətinin mətbuat xidməti məlumat yayıb.

“Litva, Latviya və Estoniyanın baş nazirləri, müvafiq olaraq İnqrida Şimonite, Krisjanis Karins və Kaja Kallas Bəyannaməyə qoşulmaq barədə birgə bəyanat yayıblar”, - məlumatda qeyd edilib.

Hökumət başçılarının bəyanatında vurğulanıb ki, Baltikyanı ölkələr münaqişənin ilk günlərindən Ukraynanı dəstəkləyir və dəstəyi davam etdirəcəklər.

NATO-nun Vilnüsdə keçirilən sammiti çərçivəsində qəbul edilən “G7” Bəyannaməsində qeyd edildiyi kimi, “G7” Ukraynaya silah tədarükünü artıracaq, eyni zamanda uzaqmənzilli artilleriya və döyüş təyyarələrinə üstünlük veriləcək.

Bundan başqa, bu Bəyannamə ilə Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya liderləri Ukraynaya dəstək verəcəklər(Report).




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər