NATO ilə Rusiya arasında dənizdə müharibə riski artır - Admiral
Tarix: 18-08-2023 14:39 | Bölmə: Dünya
NATO ilə Rusiya arasında dənizdə müharibə riski artır

Rusiyanın Qara dənizdə fəallaşması, mülki gəmiləri hərbi hədəf hesab edəcəyi haqda açıqlamalarından sonra regionda vəziyyət mürəkkəbləşib. Xüsusilə, bir müddət əvvəl ruslar Qara dənizdə Türkiyə gəmisinə xəbərdarlıq atəşi açdıqdan sonra Kremlin zarafat etmədiyi ortaya çıxıb. Belə belə bir vəziyyətdə Qərb və NATO-nun hansı addım atacağı bəlli deyil, amma Ukraynadan Bolqarıstana alternativ taxıl dəhliz xətti üzərində iş aparıldığı bildirilir.

Reyting.az
-ın məlumatına görə, 2009-2013-cü illərdə ABŞ ordusunda admiral vəzifəsini icra etmiş Ceyms Stavridis Qara dənizdə durum və gələcək vəziyyətlə bağlı qiymətləndirmələr edib.

“Rusiyanın Qara dənizin beynəlxalq sularında hərəkətləri NATO ilə Rusiya Federasiyası arasında dənizdə yeni müharibənin qızışması üçün real risk yaradır”, - deyən Stavridis Rusiyanı piratçılıqda ittiham edib.

Admiral güman edir ki, Rusiya Qara dənizdə gəmiləri ələ keçirməyə və ya qorxutma taktikalarından istifadə etməyə başlasa, NATO humanitar gəmi xəttinin yaradılmasına dəstəklə cavab verəcək: “Alyansın təyyarələri Odessa limanına gedib-gələn gəmiləri qoruya bilər”.

Rusiyanın Qara dənizdə müşahidəsinin gücləndiyini bildirən Stavridis əlavə edib ki, Rumıniya, Bolqarıstan və Türkiyənin dəstəyi Qara dənizdə sakitlik yarada bilər.

Admiral prezident Ərdoğanın bu ay Putinlə görüşünün gözlənildiyini də xatırladılıb və iki liderin gündəminin taxıl dəhlizi olacağını deyib.

V. QULİYEV
Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər