Yaponiya ordusuna rekord məbləğdə vəsait ayrılacaq
Tarix: 22-08-2023 13:55 | Bölmə: Dünya
Yaponiya ordusuna rekord məbləğdə vəsait ayrılacaq

Yaponiya Müdafiə Nazirliyi 2024-cü maliyyə ili üçün hərbi büdcənin müzakirələrinə başlayıb. Müzakirələr ölkə tarixində rekord məbləğdə hərbi büdəni - 7,739 trilyon yeni (indiki məzənnə ilə 53 milyard dollardan çox) nəzərdə tutur. Reyting.az xəbər verir ki, bu barədə Yaponiyanın aparıcı iqtisadi qəzeti “Nikkei” məlumat yayıb.

Yeni hərbi büdcə xüsusilə ölkənin cənub-qərbində ABŞ-dan alınmış ən son beşinci nəsil F-35B döyüş təyyarələri ilə təchiz edilmiş yeni eskadronun formalaşdırılmasını nəzərdə tutur. Aegis çoxməqsədli kompüterləşdirilmiş izləmə və istiqamətləndirmə sistemlərinə malik əlavə iki esminesin tikintisi üçün vəsaitin ayrılması da planlaşdırılır.

Həmçinin kritik vəziyyət yarandıqda qoşunları Tayvan yaxınlığındakı Şərqi Çin dənizindəki ucqar adalara köçürmək üçün nəzərdə tutulmuş dəniz nəqliyyat dəstəsi də yaradılacaq. Onun müxtəlif dərəcəli gəmilər və helikopterlərlə təchiz edilməsi nəzərdə tutulur.

Silahlı qüvvələrdə yeni vahid inteqrasiya edilmiş rabitə və informasiya emalı sisteminin, habelə potensial düşmənin ərazisinə zərbə endirməyə qadir olan uzaqmənzilli raketlərin inkişafının sürətləndirilməsi də yeni büdcədə diqqətdən qaçırılmayacaq.

Y. QACAR
Reyting.az





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər