Müdafiə naziri “ilk F-16”nı Ukraynaya gətirib
Tarix: 22-08-2023 23:35 | Bölmə: Dünya
Müdafiə naziri “ilk F-16”nı Ukraynaya gətirib

Hollandiyanın müdafiə naziri Kaysa Ollonqren Ukraynaya səfər edib və ukraynalı həmkarı Aleksey Reznikova F-16 qırıcısının maketini hədiyyə edib.

Reyting.az
xəbər verir ki, bu barədə Reznikovun “Twitter”-də məlumat yayıb.

Reznikov qeyd edib:

“İlk F-16” Hollandiyadan Ukraynaya gəlib! Böyük şahin ovu üçün geri sayım başladı!"

Müdafiə Nazirliyinin məlumatına görə, Kiyevdə keçirilən görüşdə Ollonqren və Reznikov cəbhədəki vəziyyəti, eləcə də Ukraynaya hərbi dəstək məsələsini müzakirə ediblər.

Hollandiya Ukraynaya hərbi və hərbi-texniki yardım üçün artıq iki milyard avroya yaxın vəsait ayırıb.

Hollandiyanın müdafiə naziri bildirib ki, ölkəsi Ukraynaya minatəmizləmə üçün xüsusi avadanlıqla kömək edir və gələcəkdə bu yardımı genişləndirməyə çalışacaqlar.

F-16 kontekstində Hollandiyanın müdafiə naziri qeyd edib ki, Rumıniyada ukraynalı pilotların təliminə başlanılması planlaşdırılır.

Danimarka, eləcə də Hollandiya həftə sonu təlimləri başa çatdıqdan sonra döyüş təyyarələrini Kiyevə köçürmək qərarını açıqlayıb.

Danimarka Ukraynaya 19 F-16 qırıcısı tədarük edəcək və ilk altı təyyarəni Yeni ilə qədər təhvil verəcək. 42 ədəd F-16 təyyarəsi olan Hollandiya Ukraynaya nə qədər təyyarənin veriləcəyinə hələ dəqiq qərar verməyib.

Bir gün əvvəl Yunanıstanın da F-16-da ukraynalıların təliminə qatılacağı məlum olub.

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir

{sape_links}{sape_article}