Türkiyə kəşfiyyatı daha bir terrorçunu zərərsizləşdirib
Tarix: 23-08-2023 12:25 | Bölmə: Dünya
Türkiyə kəşfiyyatı daha bir terrorçunu zərərsizləşdirib

Türkiyə kəşfiyyatı daha bir terrorçunu zərərsizləşdirib.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, peşəkar sui-qəsdci, kod adı "Baver Botan" olan PKK-nın məsul üzvü Bəkir Henna İraqda öldürülüb.

Təhlükəsizlik mənbələrindən alınan məlumata görə, 2019-cu ildə İraqa gələrək təşkilata qoşulan B. Henna indiyə qədər İran və İraqda terror fəaliyyətləri həyata keçirib.

Türkiyə Silahlı Qüvvələri, polis və MİT üzvlərinə qarşı sui-qəsd üçün Türkiyədən təxminən 150 kilometr aralıda yerləşən Süleymaniyyədə Henanın qısa və uzunlüləli silahlarla təlim keçdiyi müəyyən edilib. Onun təlim keçdiyi terrorçuların sonradan qeyri-qanuni yolla Türkiyəyə göndərilmək planları olub. Bunun üzərinə hərəkətə keçən MİT terrorçu-təlimçini xüsusi əməliyyatla məhv edib.

AZƏR
Reyting.az




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir

{sape_links}{sape_article}