İrandakı yanğında 20-dən çox insan xəsarət alıb
Tarix: 23-08-2023 18:54 | Bölmə: Dünya
İrandakı yanğında 20-dən çox insan xəsarət alıb

İranın Şiraz şəhhərindəki köpük zavodunda baş verən yanğın nəticəsində azı 23 nəfər xəsarət alıb. Reyting.az xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.

Məlumata görə, yanğın baş verən zaman zavodun ərazisində azı 65 işçi olub. Onlardan 19-u dəm qazından zəhərlənib, daha 4-ü köpüklü yanma məhsullarının təsirindən əziyyət çəkib və xəstəxanaya yerləşdiriliblər.

Alov 7 min kvadratmetr ərazini əhatə edib. Yanğın nəticəsində zavodun ərazisində bir neçə qaz çəni partlayıb.

ELÇİN
Reyting.az




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir

{sape_links}{sape_article}