Baydenə Rusiyadakı təyyarə qəzası barədə məlumat verilib
Tarix: 23-08-2023 23:12 | Bölmə: Dünya
Baydenə Rusiyadakı təyyarə qəzası barədə məlumat verilib

Rusiyanın Tver vilayətində iş adamı Yevgeni Priqojinin də olduğu iddia edilən təyyarənin qəzaya uğraması barədə ABŞ prezidenti Cozef Baydenə məlumat verilib. Reyting.az xəbərinə görə, bu barədə TASS məlumat yayıb.

Ağ evdən bildiriblər ki, ABŞ prezidenti Rusiyada baş verən təyyarə qəzası ilə bağlı məlumatlandırılıb.

Qeyd edək ki, Federal Hava Nəqliyyatı Agentliyinin xüsusi komissiyası təyyarə qəzası ilə bağlı araşdırmalara başlayıb. Tver vilayətində qəzaya uğrayan “Embraer” təyyarəsi “MNT-Aero” şirkətinə məxsus olub. Məlum olduğu kimi, şirkət biznes daşımalarında ixtisaslaşıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir

{sape_links}{sape_article}