Priqojinin təyyarəsinin qəzaya uğradığı yerdə silah-sursat tapılıb
Tarix: 24-08-2023 19:13 | Bölmə: Dünya
Priqojinin təyyarəsinin qəzaya uğradığı yerdə silah-sursat tapılıb

Rusiyanın Tver vilayətində “Vaqner”in rəhbəri Yevgeni Priqojinin də olduğu “Embraer” təyyarəsinin qəzaya uğradığı yerdə atıcı silahlar, döyüş sursatları və qumbaralar tapılıb. Reyting.az xəbər verir ki, bu barədə “Mash Telegram” kanalı məlumat yayıb.

“Silah-sursat Dmitri Utkin də daxil olmaqla, təyyarədə olan “Vaqner” PMC təmsililərinə də aid ola bilərdi. Bu səbəbdən də, istintaqın qəzanın səbəbinin döyüş sursatı ilə ehtiyatsız davranma ilə bağlı başqa bir versiyası var”,- deyə “Mash” əlavə edib.

Bundan əvvəl məlum olub ki, istintaq təyyarədəki bomba versiyasını da nəzərdən keçirir. O, eniş qurğusunun bölməsində ola bilərdi - ilkin məlumatlara görə, uçuş zamanı partlayış məhz orada baş verib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
16-04-2025, 08:47 Bayden Trampı tənqid edib