14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
İldırım vurması nəticəsində azı 12 nəfər ölüb, 14 yaralı var
Tarix: 04-09-2023 13:12 | Bölmə: Dünya
İldırım vurması nəticəsində azı 12 nəfər ölüb, 14 yaralı var

Hindistanın şərqindəki Odişa ştatında ildırım vurması nəticəsində azı 12 nəfər ölüb, 14 nəfər yaralanıb.

Reyting.az
xarici KİV-lərə istinadla bildirir ki, hadisə sentyabrın 2-də baş verib, iki saat ərzində ştatda ən azı 61 min ildırım çaxması qeydə alınıb.

Hindistanın meteorologiya departamenti daha əvvəl Benqal körfəzindəki siklonlar səbəbindən yaxın iki gündə ölkənin şərqində hava şəraitinin pisləşəcəyi və leysan yağışları ilə bağlı xəbərdarlıq etmişdi.

Rəsmi məlumatlara görə, 2022-ci ildə Hindistanda ildırım çaxması nəticəsində 907 nəfər həlak olub.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}