16:53 / 21-05-2024
Ruslar hücuma hazırlaşır
14:49 / 21-05-2024
"Mercedes" "Tesla"-ya uduzur
Rusiya iki amerikalı diplomatı arzuolunmaz şəxs elan edib
Tarix: 14-09-2023 17:22 | Bölmə: Dünya
Rusiya iki amerikalı diplomatı arzuolunmaz şəxs elan edib

ABŞ-ın Rusiyadakı səfiri Lin Treysiyə rəsmi nota verilib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) məlumatında deyilir.

Bildirilib ki, sentyabrın 14-də Rusiya XİN-ə çağırılan ABŞ-ın Moskvadakı diplomatik missiyasının rəhbəri L.Treysiyə rəsmi notanın təqdim edilməsi ilə sərt demarş verilib: “Bu, ABŞ səfirliyinin birinci katibi C.Sillin və səfirliyin ikinci katibi D.Bernşteynin hərəkətlərinin diplomatik statusa uyğun gəlməməsi ilə bağlı olub”.

Qeyd olunub ki, həmin şəxslər xarici dövlətlə konfidensial əməkdaşlıqda ittiham olunan Rusiya vətəndaşı R.Şonovla əlaqə saxlayaraq qanunsuz fəaliyyət göstəriblər: “ABŞ səfirinə məlumat verilib ki, C.Sillin və D.Bernşteyn 7 gün ərzində Rusiya ərazisini tərk etməlidirlər”(Report).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}