Qərbin xəbərdarlıqları nəticə vermir: Çin-Rusiya əlaqələri genişlənir
Tarix: 20-09-2023 14:27 | Bölmə: Dünya
Qərbin xəbərdarlıqları nəticə vermir: Çin-Rusiya əlaqələri genişlənir

Çin Rusiya ilə sərhədyanı əlaqələrin artırılmasına, qarşılıqlı ticarət və investisiya əməkdaşlığının dərinləşdirilməsinə çağırış edib.

Reyting.az
xəbər verir ki, dünən Rusiyanın iqtisadi inkişaf naziri Pekində Çinin ticarət naziri ilə iqtisadi əməkdaşlığa dair müzakirələr aparıb.

Çinin ticarət naziri Vanq Ventao Pekindəki danışıqlar zamanı bildirib ki, iki dövlət başçısının “strateji rəhbərliyi” altında Çin-Rusiya iqtisadi və ticarət əməkdaşlığı dərinləşməyə davam edir.

Görüş Çinin baş diplomatı Vanq Yinin Rusiya prezidenti Vladimir Putinin gələn ay Pekinə səfərinin təsdiqlənməsinə səbəb olan strateji danışıqlar üçün Moskvaya səfəri ilə eyni vaxta təsadüf edib.

Həmin gün G7-nin nazirləri “aqressiv müharibədə Rusiyaya hər cür yardım dayandırılmalıdır, əks halda bunun ciddi itkilərə səbəb olacağı” haqda xəbərdarlıqları səslənib.

“Röyter” agentliyi yazır ki, Çin gömrüyünün son məlumatlarına görə, iyul ayında 8 faiz azalma olsa da, avqust ayında Çindən Rusiya mallarının idxalı illik müqayisədə 3 faiz artaraq 11,5 milyard dollara çatıb.

Ölkələr həmçinin əməkdaşlığı gücləndirmək niyyətlərini açıqlayıblar.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}