20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Rusiyanın Qara Dəniz Donanması bərbad vəziyyətə salınıb
Tarix: 24-09-2023 14:26 | Bölmə: Dünya
Rusiyanın Qara Dəniz Donanması bərbad vəziyyətə salınıb

Ukrayna ilə müharibədən əvvəl Rusiya Qara Dəniz Donanmasının gəmiləri 13 ədəd olub. Hazırda bu gəmilərdən 5-i işləmir.

Reyting.az
xəbər verir ki, bunu Ukrayna Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi Dmitri Pletençuk bildirib.

“Qara dənizin tammiqyaslı işğalı başlayanda Rusiya Federasiyasının 13 gəmisi var idi. Onlardan 7-si standart idi, qruplarını gücləndirmək üçün tammiqyaslı işğaldan əvvəl təlimlər adı altında daha 6-sını gətirmişdilər. Onlardan 5-i indi döyüşə hazır deyil. Bizdə olan məlumata görə, 2-si demək olar ki, tamamilə məhv edilib”, -Pletençuk deyib.

Pletençuk vurğulayıb ki, hazırda Rusiya üçün sağ qalan gəmiləri qorumaq vacibdir, çünki Krım körpüsü dağıdıldıqdan sonra onlara maddi-texniki dəstəyi təmin etmək üçün lazım olacaq.

“Bu park olduqca köhnədir. Və təbii ki, ona böyük ümidlər bağlanır, çünki Kerç körpüsü dağılarsa, bu gəmilərə yük dərhal artacaq”, - Pletençuk yekunlaşdırıb.

Xatırladaq ki, 2022-ci ilin aprelində ukraynalı müdafiəçilər Rusiyanın “Moskva” kreyserini məhv edib. Gəmi “Neptun” raketi ilə sıradan çıxarılıb. Bundan əlavə, 2023-cü il sentyabrın 13-də Sevastopolda iri desant gəmisi “Minsk” zədələnib. Həmçinin “Rostov-na-Don” sualtı qayığı vurulub.

Cənubi Ukrayna Müdafiə Qüvvələrinin Birgə Koordinasiya Mətbuat Mərkəzinin rəhbəri Natalya Qumenyuk qeyd edib ki, yaxın gələcəkdə Rusiyanın bu gəmiləri bərpa edə bilmək ehtimalı azdır.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər