ABŞ Putini sammitə çağırmayıb: Rusiya lideri qəzəblənib, Moskva dəvət tələb edir
Tarix: 26-09-2023 15:55 | Bölmə: Dünya
ABŞ Putini sammitə çağırmayıb: Rusiya lideri qəzəblənib, Moskva dəvət tələb edir

ABŞ Rusiya lideri Vladimir Putini San-Fransiskoda keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitinə dəvət etməyib.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiya mediası Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Marat Berdyevə istinadla məlumat yayıb.

“Birləşmiş Ştatlar ikitərəfli kanallar vasitəsilə Rusiyaya çatdırıb ki, Vaşinqton bir sıra liderləri, o cümlədən Putini San-Fransiskoda keçiriləcək APEC sammitinə dəvət etmək niyyətində deyil”.

Məlumata görə, Rusiya ABŞ-dan Putin üçün dəvət tələb edir. Xüsusilə, Rusiyanın “ABŞ-a APEC-ə sədrlik edən dövlət kimi öz vəzifələrini yerinə yetirməyə çağıran sorğu göndərdiyi” qeyd olunur.

Xatırladaq ki, martın 17-də Beynəlxalq Cinayət Məhkəməsi uşaqların qanunsuz deportasiyası və insanların Ukrayna ərazisindən Rusiya Federasiyasına qanunsuz aparılmasında şübhəli bilinərək Putinin həbsinə order verib. Bu baxımdan Putin Roma Xartiyasını ratifikasiya etmiş 120-dən çox ölkənin ərazisində həbs oluna bilər. ABŞ bu ölkələrdən deyil. Amma ABŞ-ın Putinə qarşı sanksiyalar tətbiq edib – bura aktivlərin dondurulması və ölkəyə giriş qadağası daxildir.

Qeyd edək ki, APEC sammiti ABŞ-ın sədrliyi ilə noyabrın 11-dən 17-dək San-Fransiskoda keçiriləcək.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}