20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
NATO rəhbəri Ukraynanı sülh naminə təslim olmaqdan çəkinməyə çağırır
Tarix: 28-09-2023 16:22 | Bölmə: Dünya
NATO rəhbəri Ukraynanı sülh naminə təslim olmaqdan çəkinməyə çağırır

Ukraynanın sülh naminə təslim olması qəbuledilməzdir. Reyting.az “RİA Novosti”-yə istinadla xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq Kiyevdə Vladimir Zelenski ilə görüşündə deyib.

Onun sözlərinə görə, Ukraynanın təslim olması sülh demək deyil, işğala səbəb olacaq.

Stoltenberq Qərb müttəfiqlərinin Ukraynanı “lazım olduğu qədər” dəstəkləmək vədini bir daha təsdiqləyib.

NATO rəhbəri bildirib ki, Ukrayna nə qədər güclü olarsa, hərbi münaqişə bir o qədər tez bitər.

Xatırladaq ki, bundan əvvəl baş katib Y. Stoltenberq Ukraynada uzunmüddətli münaqişənin olacağını proqnozlaşdırmışdı. O, "Biz hamımız tez sülh istəyirik. Lakin Kiyev hərbi əməliyyatları dayandırsa, o zaman ölkənin özü də mövcudluğunu dayandıracaq”, - demişdi.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər