20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Ukrayna PUA-ları Rusiyadakı cəzaçəkmə müəssisəsinə yenidən hücum edib
Tarix: 11-10-2023 11:48 | Bölmə: Dünya
Ukrayna PUA-ları Rusiyadakı cəzaçəkmə müəssisəsinə yenidən hücum edib

Ukrayna Silahlı Qüvvələri ikinci dəfə pilotsuz uçuş aparatı (PUA) ilə Bryanskdakı 2 saylı cəzaçəkmə müəssisəsinin (İK-2) binasına hücum edib.

Reyting.az
xəbər verir ki, bu barədə “Mash Telegram” kanalı məlumat yayıb.

Telekanal bildirir ki, İK-2-də ukraynalı keçmiş döyüşçülər və diversantlar var.

Bundan əvvəl məlum olub ki, oktyabrın 10-da axşam saatlarında İK-2 ərazisinə reaktiv mühərrikli təyyarə tipli PUA düşüb. Pilotsuz təyyarə qəzaya uğrasa da, dağıdıcı elementlərlə doldurulmuş 500 qram ağırlığında S-4 partlayıcısı işə düşməyib.

Hadisə nəticəsində cəzaçəkmə müəssisəsinin nə əməkdaşları, nə də məhbuslar xəsarət almayıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər