20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Qaz kəmərində baş verən qəzadan əvvəl Çin və Rusiya gəmiləri ərazidə olub
Tarix: 18-10-2023 15:12 | Bölmə: Dünya
Qaz kəmərində baş verən qəzadan əvvəl Çin və Rusiya gəmiləri ərazidə olub

Finlandiya Balticconnector qaz kəmərində qəzanın başvermə səbəblərini araşdırır. Bildirilir ki, qəza zamanı boru kəməri ərazisində Çin və Rusiya gəmiləri olub.

Reyting.az
xəbər verir ki, Finlandiya Milli Təhqiqat Bürosunun müstəntiqi Risto Lohinin sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları Honq-Konq bayrağı altında üzən “Yeni Qütb Ayısı” və Rusiya “Sevmorput”unun qəza zamanı bölgədə olduğunu müəyyən ediblər.

“Qəza xüsusi dəniz zonasında nəqliyyat açıq mənbələrin imkan verdiyindən daha ətraflı araşdırılır. Gəmilərin hərəkəti ilə yanaşı, onların tarixi və əvvəlki fəaliyyətləri də digər ölkələrin səlahiyyətli orqanları ilə əməkdaşlıqda yoxlanılır”, - deyə müstəntiq izah edib.

Qeyd olunur ki, qaz kəmərində baş vermiş insidentlə bağlı araşdırmalar davam edir. Hava şəraitinin yaxşılaşması dalğıc əməliyyatlarının aparılmasına və zədələnmiş ərazinin yoxlanılmasına imkan verib.

Xatırladaq ki, oktyabrın 10-da Finlandiya Baltik dənizinin dibi ilə ölkəni Estoniya ilə birləşdirən Balticconnector qaz kəmərinin zədələndiyini bildirib. Finlandiyanın baş naziri Petteri Orpo deyib ki, hadisə ölkənin qaz kəmərinə qoşulmasına təsir göstərməyib. Eyni zamanda Finlandiya Sahil Mühafizəsi boru kəmərinə ciddi ziyan dəydiyini bildirib. Öz növbəsində seysmoloqlar qaz kəmərinin zədələndiyi gün partlayış qeydə alıblar. Onun maqnitudası 1,0 olub. Daha sonra İsveçin mülki müdafiə naziri Karl-Oskar Bohlin İsveçi Estoniya ilə birləşdirən telekommunikasiya kabelinin zədələndiyini deyib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər