“Babay” ləqəbli muzdlu döyüşçü öldürülüb - Foto
Tarix: 19-10-2023 14:26 | Bölmə: Dünya
“Babay” ləqəbli muzdlu döyüşçü öldürülüb

Ukraynada ruslar tərəfindən döyüşən “Babay” ləqəbli “kazak” yaraqlısı öldürülüb.

Reyting.az
xəbər verir ki, bu barədə məlumatı Telegram-da Ukrayna Silahlı Qüvvələrinin zabiti Anatoli Stefan təsdiqləyib.

“Aleksandr Mojaev, yəni “Babay” nəhayət ki, məhv edildi. Zaporojye istiqamətindəki əsgərlərə təşəkkürlər. Ukraynaya və onun əsgərlərinə şöhrət”,-A. Stefan yazıb.

Qeyd edək ki, bu gün internetdə “Babay”nin məhv edilməsi ilə bağlı məlumat yayılıb. “Babay” Rusiyanın Krasnodar vilayətinin Beloreçensk şəhərində 21 sentyabr 1977-ci ildə guya “kazak” ailəsində anadan olub. 1995-1997-ci illərdə Rusiya Ordusunda xidmət edib - Sankt-Peterburqda hava hücumundan müdafiə bölməsində xidmət göstərib və baş serjant rütbəsi alıb.



Mojayev 2014-cü ildə Ukrayna dövlətinə qarşı mübarizəyə başlayıb, o cümlədən Donetsk vilayətinin Kramatorsk və Slavyansk şəhərlərində inzibati binaların ələ keçirilməsində iştirak edib. O, hələ 2014-cü ildə bir neçə günə “Kiyevi alacağına” söz vermişdi.

2014-cü ilin yayında “DXR” yaraqlılarının liderlərindən biri olan İqor Girkin (Strelkov) Mojayevi fərarilikdə ittiham edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}