20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Beş min rusiyalı İŞİD-ə qoşulub - Açıqlama
Tarix: 30-10-2018 12:59 | Bölmə: Dünya
Beş min rusiyalı İŞİD-ə qoşulub

Beş minə yaxın rusiyalı İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasına qoşulmaq üçün ölkədən gedib.

Reyting.az Rusiya mediasına istinadən bildirir ki, onların hamısı Daxili İşlər Nazirliyinin ciddi qeydiyyatındadır.

Bu haqda nazirliyin ekstremizmə qarşı mübarizə üzrə idarəsi rəhbərinin müavini vladimir Makarov məlumat verib.

“Əlbəttə, bəzi vətəndaşlarımızın kütləvi gedşii, İŞİD-ə qoşulması və geri qayıdışı bizi narahat edir. Biz hazırda 5 minə yaxın insana nəzarət edirik, onların hamısı ciddi qeydiyyatdadır”, - Makarov vurğulayıb.

Makarovun sözlərinə görə, polis terrorçulara qoşulan 2500-dən çox insana qarşı cinayət işi qaldırıb.

Suriya, İraq və Əfqanıstandan uşaqlar və qadınlar qayıtmağa başlayıblar.

2017-ci ilin iyul ayından Türkiyə hakimiyyəti 4128 rusiyalının ölkə ərazisinə girişini qadağan edib. Onlar İŞİD-lə bağlılıqda şübhəli hesab olunublar.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər